Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı Tbilisi ilə qardaşlaşacaq - HAZIRLIQ GEDİR

Bakı Tbilisi ilə qardaşlaşacaq - HAZIRLIQ GEDİR

Tarix: 20 Mart 2021 23:58

Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Gürcüstanın paytaxtı Tbilisi qardaşlaşacaq.

Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması haqqında memorandum üzərində iş yekunlaşmaq üzrədir.
Tbilisi merinin müavini Andria Basilaya bildirib ki, meriya Tbilisi ilə dost və qardaş şəhər olan Bakı arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsində çox maraqlıdır. Bunun üçün müvafiq işlər görülür və yaxın vaxtlarda iki dost və qardaş ölkənin paytaxt şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanacaq.
Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir.
Azərbaycan və Gürcüstanın sənaye şəhərləri olan Sumqayıt və Rustavi isə 1952-ci ildə qardaşlaşıblar.
Bundan başqa Kutaisi və Gəncə şəhərləri, eləcə də Naxçıvan ilə Batumi şəhərləri arasında qardaşlıq əlaqələri var.

Milli.Az


Etiketlər:  Bakı Tbilisi ilə qardaşlaşacaq HAZIRLIQ GEDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ