Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 09:32
Bakı. İlhamə İsabalayeva - Trend:
Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, müraciət edənlərdən biri 16 yaşlı Danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Kliniki Tibbi Mərkəzə çatdırılıb. İdmançıya lazımi yardım göstərildikdən sonra buraxılıb.
Digər 3 nəfər müraciət edən şəxs yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. Onların ikisi baş ağrısından, biri isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin