Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerə təhlükəli asteroid yaxınlaşır

Yerə təhlükəli asteroid yaxınlaşır

Tarix: 21 Mart 2021 18:54

Bu gün Yer kürəsinin yaxınlığından "2001 FO32" asteroidi keçəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, asteroid Yerə 2 milyon kilometrə qədər yaxınlaşacaq. NASA asteroidin Yerlə toqquşmaq təhlükəsi olmadığını açıqlayıb.

Bununla belə, 2 milyon km məsafə Yerə yaxın məsafə sayılır və ona görə də "2001 FO32" potensial təhlükəli asteroid sayılır.

Asteroidin diametrinin 440-680 m olduğu qeyd edilib. Bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci  ildə Yerin yaxınlığından keçəcək.


Etiketlər:  Yerə təhlükəli asteroid yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ