Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litvaya ''BioNTech'' və ''Pfizer'' əczaçılıq şirkətlərinin ən böyük vaksin partiyası gətirilib

Litvaya ''BioNTech'' və ''Pfizer'' əczaçılıq şirkətlərinin ən böyük vaksin partiyası gətirilib

Tarix: 24 Mart 2021 22:24

Litva Səhiyyə Naziliyi "BioNTech" və "Pfizer" əczaçılıq şirkətlərinin koronavirusa qarşı istehsal etdikləri 43 min 290 dozadan ibarət daha bir vaksin partiyasının Litvaya gətirildiyi barədə məlumat verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, sözügedən istehsalçı şirkətlərin bu günə qədər Litvaya tədarük etdiyi 14-cü və ən böyük vaksin partiyasıdır.

"İstehsalçı şirkətlərin göstərişinə əsasən 5 min 850 doza vaksin müvəqqəti olaraq gecikdirilib, belə ki, tədarük ilə bağlı bəzi logistik məlumatlar vaxtında əldə edilməyib. Vaksinlərin tədarükünə və istifadəsinə davam etmək üçün istehsalçı şirkətlərin icazəsi ötən gün günortadan sonra alınıb", − deyə nazirlikdən bildirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, vaksin partiyasının bu hissəsi bu gün əyalətlərə çatdırılacaq.

Ümumilikdə Litvaya "BioNTech" və "Pfizer" şirkətlərinin istehsalı olan 343 min doza vaksin gətirilib, vaksinasiya üçün 295 min doza istifadə edilib.


Etiketlər:  Litvaya BioNTech Pfizer əczaçılıq şirkətlərinin böyük vaksin partiyası gətirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ