Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 21:24
Braziliyanın San-Paulu ştatının istehlakçıların hüquqlarının qorunması idarəsi (Procon-SP) Apple şirkətini cərimələyib. Bu barədə 9to5mac saytı xəbər verib. Məlumata əsasən bunun əsas səbəbi şirkətin istifadəçilərdə yalnış fikirlər yaradan reklamı, smartfonların şarj cihazsız satılması və ədalətsiz şərtlərdir. Keçən iln dekabr ayında Braziliya hökuməti Apple-dan iPhone-ların qutularına şarj cihazını geri qaytarmasını tələb etmişdi. Həmin vaxtda Procon-SP Apple-dan smartfon qutularından şarj cihazlarının nəyə görə çıxarıldığını soruşmuş və bundan əlavə olaraq bu cür qərarın həqiqətən də istehlakçılar ilə ətraf mühitə yardım olduğunu sübut etməsini istəmişdi.
Procon-SP bildirib ki, Apple bu sorğulara cavab verməyib. O həmçinin Apple şirkətini düzgün olmayan reklam videosu məsələsində də günahlandırıb. Söhbət, iPhone 11 Pro-nun reklamından gedir. Belə ki, həmin reklam videosunda sözügedən smartfonun 30 saniyə müddətində 4 metr dərinliyə kimi dözə bildiyi qeyd edilir. Bundan əlavə olaraq Procon-SP qeyd edib ki, Apple şirkətinin zəmanət şərtləri suya düşmüş iPhone-da yaranmış nasazlıqlara şamil olunmur. Bütün bunları nəzərə almaqla Apple şirkəti Braziliyada 2 milyon dollar dəyərində cərimələnib