Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Slovakiyada hökumət böhranı dərinləşir

Slovakiyada hökumət böhranı dərinləşir

Tarix: 26 Mart 2021 07:28

Slovakiyada hökumət böhranı dərinləşməkdədir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı Zuzana Çaputova martın 25-də xarici işlər naziri İvan Korçok və təhsil naziri Branislav Qröhlinqin istefa ərizəsini qəbul edib. Bununla da Baş nazir İqor Matoviçin bir neçə gün öncə öz istefası ilə əlaqədar irəli sürdüyü tələbə uyğun olaraq, Baş nazirin müavini, "Azadlıq və Həmrəylik" partiyasının sədri Rixard Suliklə bərabər onun partiyadaşları da hökuməti tərk ediblər. Həmçinin "İnsanlar naminə" partiyasına mənsub olan ədliyyə naziri Mariya Kolikova da artıq istefa ərizəsini dövlət başçısına təqdim edib.

Hökumətdə təmsil olunan "Azadlıq və Həmrəylik" və "İnsanlar naminə" (Za ľudí) partiyaları Baş nazir İqor Matoviçi koalisiya tərəfdaşları ilə məsləhətləşmədən Avropa İttifaqında icazəsi hələ rəsmiləşməyən "Sputnik V" peyvəndinin alışını həyata keçirməkdə ittiham edirlər. Bu iki partiyanın dəstəyi olmadan Baş nazirin mühafizəkar "Adi insanlar və müstəqil şəxsiyyətlər" (OľaNO) partiyası parlamentdə mütləq səs çoxluğunu itirir.

Xarici işlər və təhsil nazirinin istefası ilə son iki həftədə Slovakiya hökumətində ümumilikdə altı nazir öz postundan çəkilmiş olur. Ölkə mətbuatında gəzən xəbərlərə görə, maliyyə naziri Eduard Heqer növbəti hökumət rəhbəri olmağa ən uğurlu namizəddir. Çünki Baş nazir İqor Matoviç vəzifəsindən istefa verdikdən sonra hökumətin tərkibində nazir vəzifəsində qalmağa hazır olduğunu bildirsə də, koalisiya tərəfdaşları onun hökumətdən tamamilə uzaqlaşmasını tələb edirlər.


Etiketlər:  Slovakiyada hökumət böhranı dərinləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ