Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 17:44
Bakıda "MilliÖN"dən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş H. Quluzadənin ətrafında DİN Baş Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayon sakini H. Əsgərzadə ilə birgə M. Ə. Rəsulzadə qəsəbəsi ərazisindəki "MilliÖN" ödəmə terminalının kassasından 1 877 manat pul oğurlaması müəyyən edilib.
Görülmüş tədbirlərlə H.Əsgərzadə saxlanılıb, araşdırma aparılır.