Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 19:00
Çin Milli Kosmik İdarəsi "Tianwen-1" kosmik zondu tərəfindən çəkilən Marsın iki yeni görüntüsünü dərc edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, kadrlarda Qırmızı planetin böyük bir hissəsi kölgədədir, işıqlı yarımkürələr isə aypara formasındadır.
Kosmik İdarə hər iki görüntünün cihazın planetin səthindən 11 min kilometr yüksəklikdə olduğu zaman çəkildiyini bildirir.
Marsın araşdırılması üçün yaradılan Çinin "Tianwen-1" ("Səmaya suallar" kimi tərcümə olunur) missiyasına planetin orbitdə çıxması və fırlanması, enişi və səthindəki hərəkəti əhatə edir. Alimlər Marsın atmosferini, relyefini, geoloji və maqnit sahəsinin xüsusiyyətlərini araşdırmağı planlaşdırırlar ki, bu da planetin yaranmasına və təkamülünə dair bir ipucu əldə etməyə kömək edəcək.
Eyni zamanda, missiyanın əsas məqsədi, mümkün həyat əlamətlərini tapmaqla yanaşı, mütəxəssislərə bu planetdəki şəraitin gələcəkdə insan həyatına uyğunlaşması üçün dəyişə biləcəyini anlamalarına kömək etməkdir. "Tianwen-1" zondu 23 iyul 2020-ci ildə Haynan adasındakı Vençan kosmodromundan buraxılıb. Zondun enişinin may-iyun aylarına planlaşdırıldığı bildirilir.