Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 18:30
Aparıcı Kazım Sübhanın "Özəl" proqramım növbəti qonağı müğənni-bəstəkar Rəhim Rəhimli olub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi sualları cavablandırarkən 20 il əvvəl ölkəni tərk etməsinin səbəbini açıqlayıb:
"Hər kəs bu barədə müxtəlif fikirlər səsləndirir. Buradan məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə, bəzi insanlarla aramda sözümün çəp gəlməsindən incimişdim. Buna görə ölkəni tərk etdim. Ancaq gedəndə 5 günlük, bir həftəlik düşünürdüm. Elə olmadı, 5 il qaldım. Etiraf edim ki, hamı Türkiyədə olduğumu düşünsə də, Moskvada oldum".
R.Rəhimli bayağı adlandırılan mahnılardan söz açıb:
"Bayağı nə deməkdir? Heç kim başa sala bilmir. İndiki mahnılar anlaşılmır. Sosial şəbəkələrdə baxış sayı ilə ölçülür. Qəribə odur ki, o mahnıların kütləsi də var. Biz sənətə gələndə belə düşünmürdük. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov dəsti-xəttlərindən əsər-əlamət qalmayıb.
Efirlərə baxıram, biri ailəsindən boşanıb, digəri küsüb, birinin ailə problemi müzakirə olunur. Sənətçini də çağırıb 1 saat içində ancaq 1 dəfə oxumağa imkan verirlər. Mənim nə işim var elə proqramda? Bu sənətçiyə, sənətə olan ən böyük təhqir və hörmətsizlikdir".