Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

LG-nin ilk 6G şəbəkəsinin nə zaman istifadəyə veriləcək?

LG-nin ilk 6G şəbəkəsinin nə zaman istifadəyə veriləcək?

Tarix: 27 Mart 2021 19:12

Koreyalı jurnalistlərin məlumatlarına əsasən LG şirkəti artıq 6G mobil şəbəkəsinin istifadəyə verilmə qrafikini tərtib edib. Məlumat sızıntısına əsasən tamamilə yeni mobil şəbəkə standartına keçid yaxın illər ərzində baş tutacaq. İnsayderlər 6G üçün nəzərdə tutulmuş təchizatların nə zaman hazırlanacanaqları ilə yanaşı ilk kommersiya məqsədli şəbəkələrin istifadəyə veriləcəkləri müddəti də açıqlayıblar. Beləliklə verilmiş məlumata əsasən LG şirkəti 2024-cü ildə 6G şəbəkələrinin tərtibatı üzrə işləri yekunlaşdırmağı planlaşdırır.

Həmin vaxta kimi yeni mobil şəbəkə standartının konsepsiyası tam şəkildə hazır olmalıdır. Daha sonra şirkət həmin konsepsiya sayəsində 6G şəbəkəsinin kommersiya məqsədli inteqrasiyasını reallaşdıra biləcək. Bununla belə 6G infrastrukturunun özü bir qədər sonra qurulacaq və istehlakçılara yalnız 2029-cu ildə təqdim olunacaq. Yeni mobil şəbəkə standartından bağlantı sürətinin yüksəlməsi və 5G ilə müqayisədə siqnal gecikməsinin azalması gözlənilir. Qeyd etmək lazımdır ki, 6G-nin hazırlanmasna 2019-cu ildə 5G-nin istifadəyə verilməsindən sonra başlanmışdı.


Etiketlər:  şəbəkəsinin zaman istifadəyə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ