Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2021 19:30
Uşaq yaşlarında reytinqli layihələrdən olan "Yaprak dökümü"ndə rol alan azyaşlı aktrisa Şebnem Ceceli artıq kino sahəsindən uzaqlaşıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, o, hazırda Özyeğin Universitetində hüquq ixtisası üzrə ali təhsil alır. Şebnem təcrübəli və savadlı vəkil olmaq arzusundadır.
Qeyd edək ki, Ceceli məşhur serialda Ayşə obrazına həyat verib. 2006-2010-cu illərdə ekran işinin çəkilişlərində iştirak edən Şebnemin serial bitən zaman 11 yaşı olub. Hazırda isə Ceceli 20 yaşındadır.