Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 18:40
Bakı. Trend:
Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Nohur Qışlaq kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,5 ton olan 1100 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Mahmudlu kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 ton olan 1650 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin