Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadisə məhkəməyə müraciət edəcək

Hadisə məhkəməyə müraciət edəcək

Tarix: 29 Mart 2021 12:45

Türkiyənin pop ulduzu Hadisə son dövrün ən populyar tətbiqetmələrindən biri olan "Clubhouse"da adından istifadə edərək hesab açan şəxslə bağlı məhkəməyə müraciət edəcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram platformasında məlumat verib. Müğənni qeyd edib ki, həmin şəxs onun adından insanlarla danışıb, səsini təqlid edib, hətta mahnı oxuyub:

"Dünən heç olmadığım bir platforma olan "Clubhouse"da mənim adıma açılan bir hesabda səsimi təqlid edib və insanlarla mənim kimi danışıb, söhbət edib, hətta mahnı oxuyub. Bu gün mövzu ilə əlaqədar məhkəmə araşdırmalarına başlayacağımızın bilinməsini istəyirəm".


Etiketlər:  Hadisə məhkəməyə müraciət edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ