Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 13:26
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər Koordinasiya Ofisi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT İnkişaf Proqramı ortaq bir açıqlama verərək beynəlxalq ictimaiyyətdən milyonlarla suriyalıya yardımların artırılmasını istəyib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, açıqlamada suriyalıların getdikcə artan aclıq və yoxsulluqla üzləşdikləri və qonşu ölkələrin hər beş suriyalıdan 4-nə ev sahibliyi etdiyi vurğulanıb.
Bildirilir ki, ölkə daxilində və qonşu ölkələrdə köməyə ehtiyacı olan suriyalıların sayı bu il 20 milyondan 24 milyona çatıb.
2021-ci ildə suriyalıların ehtiyaclarını ödəmək üçün 10 milyard dollara ehtiyac olduğu vurğulanır.
Bunun 4,2 milyard dollarının Suriya daxilindəki, 5,8 milyard dollarının isə qonşu ölkələrdəki qaçqınlar üçün istifadə ediləcəyi vurğulanıb.