Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Az təmas mutant virus riskini azaldır - Mütəxəssis

Az təmas mutant virus riskini azaldır - Mütəxəssis

Tarix: 29 Mart 2021 20:57

Türkiyəli mütəxəssis Gamze Varol mutasiyaların virusun güclənməsinə səbəb olduğunu açıqlayıb.

Sonxeber.net xəbər verir ki, onun sözlərinə görə, az təmas koronavirusun mutasiyaya uğraması riskini azaldır:

"Bəzi insanlar vaksinasiya olduqları üçün arxayınlaşıblar. Bu düzgün düyil. Çünki vaksinin 100 faiz effektli olduğu deyilməyib. Peyvənd olduğumuz halda xəstələnə, başqalarını da yoluxdura bilərik. Virusu xroniki xəstə və yaşlıların ağır keçirildiyi deyilir. Amma belə olmayan hallar da oldu. Heç kim bununla bağlı özünə güvənməməlidir. Biz nə qədər bir-birimizlə çox təmas etsək, xəstə olmasaq və ya yüngül əlamətlərlə keçirsək belə bir nəfərdən digərinə keçərkən virusun mutasiya olma riski artır. Bu mutasiya virusun güclənməsinə, daha çox yoluxucu olmasına yol açır. Ona görə də təmasları azaltsaq, mutasiya riski də o qədər azalmış olur. Üz-üzə görüşmələr, evlərdə qonaqlıqlar olmasa bu pandemiyadan daha tez qurtula bilərik". /medicina.az


Etiketlər:  təmas mutant virus riskini azaldır Mütəxəssis


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ