Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Psixoloq: Yaz depressiyasından uzaq olmaq üçün işgüzar fəaliyyətə köklənmək lazımdır

Psixoloq: Yaz depressiyasından uzaq olmaq üçün işgüzar fəaliyyətə köklənmək lazımdır

Tarix: 29 Mart 2021 22:18

Yazın gəlişi, havaların isinməsi, günlərin uzanması, səmada günəşin tez-tez görünməsi xoş duyğular yaradır. Lakin yazın gəlişi heç də hamıya xoş əhval-ruhiyyə bəxş etmir. Bayırda xoş hava olduğu bir vaxtda yatmaq, yataqdan çıxmamaq, hətta qolunu belə qaldırmaq istəməyənlər də olur. Hər il bu mövsümdə başlayan və eyni zamanda, yaşanan hiss yaz depressiyası adlanır.

Sonxeber.net bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: "Yazda qan durulur, təzyiqin artması və bunun nəticəsində orqanizmdə oyanma baş verir və həmin dəyişikliklər isə sinir pozuntularına, əsəbiliyə səbəb olur. Yazın əvvəllərində bəzi adamlar depressiv halla üzləşməli olurlar. Depressiyadan uzaq olmaq istəyənlər mütləq özünü işgüzar fəaliyyətə kökləməlidir. İşləyən adamın stresi çox, depressiyası az olur, işləməyənin isə əksinə, stresi az, depressiyası çox olur".

Narahatlıq və qayğılı olma durumunun artması, əsəbilik, yuxu rejiminin pozulması, enerji itirilməsi, iştahasızlıq, səbəbsiz yerə darıxmaq- bütün bunlar yaz depressiyasının, yəni qışdan yaza keçid dövrünün təsirinə düşmək deməkdir. Əlbəttə, mövsümi keçid dövründə qidalar da yorğunluq və halsızlığı artıra bilər. Həkimlər deyirlər ki, bu ərəfədə un məmulatlarından, yağlı və duzlu yeməklərdən uzaq olmaq məsləhətdir.

Həkim-terapevt Mətanət Cəfərova deyib: "Yaz depressiyası zamanı orqanizmdə xoşbəxtlik hormonu olan serotonin və defominin miqdarı aşağı düşür. Bəzi qidaları menyuda artıraraq serotonin və defominin miqdarını artırmaq olar. Xüsusən tərkibində B6 vitamini olan, eləcə də Omeqa-3 tərkibli qidalar, balıq və balıq yağı, yumurta, eyni zamanda, daha çox şokoladla qidalanmaqla serotonin və defominin artırılması hesabına daha çox xoşbəxt hesab etməyə səbəb olur".

Yaz depressiyasının ilk simptomları zəif başlasa da, vaxtında müdaxilə olunmasa getdikcə ağırlaşar, mütəmadi depressiya halına çevrilə bilər.

Psixoloq vəziyyətdən çıxış yolunu belə göstərib: "Fəsil dəyişkənliyinə daha rahat uyğunlaşmaq üçün təmiz havada çox gəzmək, idmanla məşğul olmaq məsləhət görülür. Yuxudan erkən oyanmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək, ətrafdakılarla, tanışlarla daha çox ünsiyyətdə olmaq lazımdır. Günəşli havada təbiət qoynunda olmaq, çiçəklərin ətrini hiss etmək ən yaxşı terapiya sayılır. Şopinq terapiya bu sahədə yaxşı vasitədir. Yuxu saatlarını da qaydaya salmaq lazımdır. Havadan aktiv şəkildə vitaminin alınması məsləhətdir. Əlvan rəngli geyimlərdən çox istifadə etmək də faydalıdır".

Bütün bunlarla yanaşı vaxtında qidalanmaq, yüngül yeməklərə üstünlük vermək, alkoqol tərkibi olmayan içkilərin çox qəbul edilməsi məsləhət görülür.


Etiketlər:  Psixoloq depressiyasından uzaq olmaq üçün işgüzar fəaliyyətə köklənmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ