Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda tıxac yaranan ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB - FOTO

Bakıda tıxac yaranan ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB - FOTO

Tarix: 30 Mart 2021 09:32

09:31

Paytaxtın Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində yaranmış sıxlıq aradan qaldırılıb.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda adıçəkiln ərazidə avtomobillərin hərəkəti bərpa edilib.

---------

09:21

Bakı Nəqliyyat Agentliyi paytaxtda yaranan tıxacla bağlı məlumat yayıb.

Agentlikdən Milli.Az-a verilən məlumatda bildirilir ki, hazırda Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Milli.Az


Etiketlər:  Bakıda tıxac yaranan ərazidə hərəkət bərpa olundu YENİLƏNİB FOTO


RƏYLƏR