Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 12:18
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan çay evi aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, tədbir zamanı Xırdalan şəhərində vətəndaş Elcan Qurbanovun işlətdiyi "Baron" çay evinin gecə saat 01:00 radələrində müəyyən edilən qaydalara zidd olaraq müştəriləri qəbul etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən obyektin sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.