Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Tarix: 30 Mart 2021 13:14

Hazırda Gürcüstan həbsxanalarında 105 Azərbaycan vətəndaşı cəza çəkir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) fevral ayı üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici ötən ayla müqayisədə 3 nəfər azdır.

Həbsdə olanlardan 95 nəfər məhkum edilib, onlardan 80 nəfər kişi, 15 nəfər isə qadındır.

10 nəfərin barəsində isə məhkəmə hökmü yoxdur.

Bundan başqa, qonşu ölkədə 25-i kişi, 3-ü qadın olmaqla, 28 Azərbaycan vətəndaşı probasiya nəzarətində saxlanılır. Onlardan 8-i Tbilisi, 1-i Şida Kartli, 8-i Kvemo-Kartli, 4-ü Kaxeti, 1-i Sameqrelo-Zemo Svaneti, 6-sı isə Acara-Quriya regionunda probasiya nəzarətindədir.


Etiketlər:  Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ