Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan Hava Yolları”nın Müşahidə Şurasının tərkibi təsdiq edildi

“Azərbaycan Hava Yolları”nın Müşahidə Şurasının tərkibi təsdiq edildi

Tarix: 30 Mart 2021 15:02

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Rəhman Hümmətov - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Ruslan Əlixanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.


Etiketlər:  Azərbaycan Hava Yollarının Müşahidə Şurasının tərkibi təsdiq edildi


RƏYLƏR