Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarkisyan seçkidə onu dəstəkləyəcək

Sarkisyan seçkidə onu dəstəkləyəcək

Tarix: 31 Mart 2021 12:04

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan yaxın ətrafına erkən parlament seçkilərində Robert Koçaryanı dəstəkləməyəcəyini bildirib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Nəşr qeyd edir ki, Sarkisyan "Vətən" partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana dəstək olmaq niyyətindədir.

Üstəlik, Ermənistanın keçmiş liderlərinin son iclasında Sarkisyan Koçaryana seçki kampaniyası dövründə onu dəstəkləməyəcəyini açıq şəkildə bildirib.

"Mənbələrdən bizə məlum olduğu kimi, "Respublika" partiyasının tanınmış nümayəndələri Serj Sarkisyanın seçkilərə qatılmayacağı təqdirdə, Robert Koçaryanın rəhbərlik etdiyi siyahıya daxil olacaqlarını açıqlayıblar",- deyə qəzet qeyd edib.

"Joxovurd"  yazır ki, bu məlumatlar respublikaçıların arasındakı parçalanmanı göstərir. Belə ki, respublikaçıların bir hissəsi hərəkətlərini və planlarını açıq şəkildə müzakirə etməyən Serj Sarkisyandan narazılıqlarını bildiriblər.


Etiketlər:  Sarkisyan seçkidə dəstəkləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ