Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə çıxış edib

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə çıxış edib

Tarix: 31 Mart 2021 16:48

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq iştirakçıları salamlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Tədbirdə, həmçinin Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak edirlər.


Etiketlər:  Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə çıxış edib


RƏYLƏR