Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərədə cinayətkarları “ayıqlıq bilərziyi” taxmağa məcbur edəcəklər

İngiltərədə cinayətkarları “ayıqlıq bilərziyi” taxmağa məcbur edəcəklər

Tarix: 31 Mart 2021 22:00

İngiltərədə cinayətləri spirtli içki qəbulu ilə əlaqədar olan məhkumları sınaq müddəti (probasiya) ərzində qanlarında spirtin səviyyəsini ölçən elektron bilərziklər taxmağa məcbur edəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Birləşmiş Krallığın qanunvericiliyi məhkumun cəzaçəkmə müəssisələrindən azad edildikdən sonra dörd ay ərzində spirtli içki qəbuluna qadağa qoyulması imkanlarını nəzərdə tutur. Ötən ilin oktyabr ayında qanda spirtin səviyyəsini ölçən bilərziklərin taxılması ilə bağlı təşəbbüs Uelsdə tətbiq edilib və bu sistem yüzlərlə cinayətkar üzərində sınaqdan keçirilib.

Spirtli içki qəbuluna qoyulan qadağanı pozanları cərimə və məhkəmə hökmləri gözləyir. Britaniya polisinin fikrincə, bu sistem gələcəkdə cinayətlərin sayının azaldılmasına kömək edəcək.

Milli.Az


Etiketlər:  İngiltərədə cinayətkarları ayıqlıq bilərziyi taxmağa məcbur edəcəklər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR