Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 23:36
İtaliyalı memar David Fişer küləklə işləyən qüllənin layihəsini hazırlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qüllənin 80 mərtəbəsinin hər biri xüsusi səs siqnalları vasitəsilə istənilən istiqamətə dönə bilər.
Layihənin müəllifi hər kəsin həm günəşin doğuşundan, həm də qürubundan həzz ala biləcəyi universal bir otaq tipi yaratmaq istəyib. Üç saatlıq fırlanma dövrü günəş panelləri və hər mərtəbənin altında yerləşən 79 külək turbinləri ilə işləyir.
Bu nəhəng kompleksin inşasına təqribən 540 milyon dollar tələb olunur.