Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ istehsalı olan peyvəndin fəsadı - FOTO

ABŞ istehsalı olan peyvəndin fəsadı - FOTO

Tarix: 1 Aprel 2021 08:38

ABŞ-ın koronavirusa qarşı "Johnson&Johnson" peyvəndi Virciniya ştatının sakinində ağır fəsada səbəb olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 74 yaşlı Riçard Terrelə dərman vurulandan 4 gün sonra onun bədəninin böyük bir hissəsində qızartı və dərisində ağrı verən səpkilər meydana gəlib.

"Peyvənd olunduqdan sonra bir neçə gün müddətində qolumun altında narahatlıq hiss etdim. Şiddətli qaşınma başladı. Sonra da bütün bədənimə yayıldı. Ciddi dəri xəstəliyi yaşadım", - deyə Terrel qeyd edib.

O, beş gün sonra xəstəxanadan evə buraxılıb. Peyvənddən sonra başına gələnlərə baxmayaraq, bundan peşiman olmadığını deyən həmin şəxs hamını peyvənd olunmağa çağırıb.


Etiketlər:  ABŞ istehsalı olan peyvəndin fəsadı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ