Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Trampın qərarını ləğv etdi: Transgenderlərin orduda xidmətinə icazə verildi

Bayden Trampın qərarını ləğv etdi: Transgenderlərin orduda xidmətinə icazə verildi

Tarix: 1 Aprel 2021 13:54

ABŞ Müdafiə Nazirliyi transgenderlərin orduda xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə deyib.

Yeni qaydalara görə, ABŞ-ın transseksual vətəndaşları ABŞ ordusunun sıralarına qoşulmaq haqqına sahibdirlər. Bundan əlavə, hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardım göstərilməsini təmin edəcək.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Barak Obamanın transgenderlərin orduya çağırılması ilə bağlı qərarını ləğv etmişdi.

Son məlumatlara görə, hazırda ABŞ ordusunda 6 minədək transgender xidmət edir.

Milli.Az


Etiketlər:  Bayden Trampın qərarını ləğv etdi Transgenderlərin orduda xidmətinə icazə verildi


RƏYLƏR