Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərdən “halal” oğurluq: Lahmacun şəklində İtaliya yeməyi “erməni pizzası” - FOTO

Ermənilərdən “halal” oğurluq: Lahmacun şəklində İtaliya yeməyi “erməni pizzası” - FOTO

Tarix: 1 Aprel 2021 19:24

Kanadanın Toronto şəhərindəki marketlərin birində üzərində "halal" sözü yazılmış "erməni pizzası" satılır.

Doğrusu, müsəlmanların zorla qovulduqları torpaqlarda onların ən müqəddəs məkanı sayılan - məscidlərində donuz saxlayan ermənilərdə "halal"lıq anlayışının olması təəccüb doğurur. Ermənilərin nümunəsində bu anlayış nə qədər mücərrəd görünsə də, bütün tarixlərinə, məkrli əməllərinə və xalq şüuruna zidd şəkildə hazırladıqları məhsulların üzərinə "halal" sözünü yapışdırmağı da özlərinə rəva bilirlərmiş.

Oxu.az-ın məlumatına görə, üstəlik marketlərin piştaxtasını bəzəyən bu "halal" məhsul da özlərinin deyil. İtaliyanın bütün dünyada məşhur olan pizzası, indi "erməni pizzası" adı ilə satılır. Yəqin ki, dünya xalqlarının adət-ənənələrini, dəyərlərini, musiqisini, hətta mətbəxini "mənimsəyən" bir cəmiyyətdə oğurluq "halal" hesab olunur.

Yeri gəlmişkən daha bir məqam pizzanın yanında mötərizədə yazılmış "lahmacun" sözüdür. Bəlkə də, ermənilər düşünür ki, İtaliya pizzasını oğurlayıb, onu Türkiyə və bir sıra Kiçik Asiya xalqlarının mətbəxində mövcud olan lahmacunla calaşdırıb, ortaya "erməni pizzası" çıxaranda halallıq olacaq. Çünki nə İtaliya etiraz edəcək, nə də Türkiyə nəsə tələb edə biləcək. Ortada halal şəkildə oğurlanan, ermənilərin hazırladığı, Türkiyə lahmacunu şəklində İtaliya pizzası var. Belə dolaşıq, bir az da mürəkkəb oğurluğu etmək də asan deyil.

Ortaya çıxarılan məhsulda Türkiyənin lahmacunu var, İtaliyanın pizzası da var, Ermənistanın nəyinin olduğu bəlli olmasa da, hər halda üzərində halallığı var.

Yəqin ki, Türkiyədən lahmacunu, İtaliyadan pizzanı oğurlayıb, üzərinə riyakarcasına erməni dilinə zərrə aidiyyatı olmayan həmin adları yazmaqla, öz əməllərini gizli şəkildə etiraf edir, bir növ bəşəriyyətdən halallıq alırlar. Bir məhsulda həm ikiqat oğurluq edib, həm də bunu etiraf edərək "halallıq" almaq dünyanın heç bir xalqına nəsib olmamış "uğurdur".


Etiketlər:  Ermənilərdən halal oğurluq Lahmacun şəklində İtaliya yeməyi erməni pizzası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ