Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaret və spirtli içkilər aşkarlanıb (FOTO)

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaret və spirtli içkilər aşkarlanıb (FOTO)

Tarix: 27 Iyul 2019 14:15

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 11 200 ədəd siqaretlərin və 10 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mercedes Benz", "Volkswagen Jetta", "Mercedes Benz 2500" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 11 200 ədəd "King" markalı siqaretlər, hər biri 1 litr olmaqla 10 ədəd "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaret spirtli içkilər aşkarlanıb FOTO


RƏYLƏR