Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 12:46
Su arxları, çay məcraları lil və kol-kosdan təmizlənirSonxeber.net Real TV-ə istinadən bildirir ki, Tovuz Suvarma Sistemləri İdarəsi ötən il 23379 hektar sahənin suvarılmasını təmin edib. Hazırda Xunam və Quşçu arxları 47 min kub metri mexanizmlərlə lil və kol-kosdan təmizlənib, Kürək çayı, Tovuz çayı, Zəyəm çayı və Axınca çaylarında 49 min kub metr çay məcrası təmizlənib və hər iki istiqamətdə işlər davam etdirilir.
Tovuz Suvarma Sistemləri İdarəsi tərəfindən suvarılan 23379 hektar sahənin 23198 hektarı Tovuz rayon ərazisinə düşür. İdarə tərəfindən kanalların təmizlənməsi ilə yanaşı bir neçə kanalın torpaq hissəsi beton üzlüyə alınıb. Bunlardan biri də Bastam arxıdır və hazırda arxın 1.4 kilometr hissə betona alınıb, həmçinin arx üzərində olan hidrotexniki qurğular təmir olunub.
Rayonun suvarılan sahələrin bir qismi Kür çayı üzərində qurulmuş 3 pilləli nasos stansiyası, Qızıl ulğun nasos stansiyası, Qara su, xırda həcimli Əlibəyli,və s nasos stansiyaları vasitəsi ilə suvarılır. Burda da idarə tərəfindən təmir-bərpa işləri aparılır, texniki qurğular yenisi ilə əvəzlənir.
Fermelər cari ildə idarənin gördüyü iş nəticsində öz təsərüfatlarının növbəli şəkildə suvardıqlarını, hazırda da əkin sahələrinin suvarılmasında çətinliklərinin olmadığını bildirir.
Kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə inşa edilən Axıncaçay su anbarının ümumi həcmi 14 mln.m³-dir, suvarma sahəsi isə 7400 hektardır. Hər iki anbar mütamadi olaraq təmizlənir və texniki qurğular təmir edilir və ya yenisi ilə əvəz olunur.