Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 12:50
İsraildə Neqev səhrasının şimal-qərbində bir qrup turist arxeoloji qazıntıların aparıldığı ərazidə təxminən 3000 illik olduğu düşünülən son dərəcə nadir Misir tilsimi tapıblar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə İsrail Əntiq Əşyalar İdarəsi məumat yayıb.
Bildirilir ki, skarabey böcəyi şəklində olan nadir amuletin eramızdan əvvəl 9-8-ci əsrlərə aid olduğu düşünülür.
Mütəxəssislər qeyd edirlər ki, skarabey (buna "İfrazat Böcəyi" də deyilir) qədim Misirdə müqəddəs sayılırdı. Ancaq belə tilsimlərdən yalnız misirlilər istifadə etmirdi - qonşu xalqlar da bu böcəkşəkilli həmayılın onları qoruya biləcəyinə inanırdı. Misirlilər isə skarabey böcəyinə Yaradanın təcəssümü kimi hörmət edirdilər.