Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 19:12
Yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ Prezidenti Co Bayden kabinetinin ilk iclasını aprelin 1-də keçirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, iclasdan sonra prezident Bayden, vitse-prezident Kamala Harris və nazirlərin fotosu ilk iclasdan daha çox müzakirə olunub.
Xarici, müdafiə və xəzinə nazirlərinin əyləşdiyi, digər nazirlərin ayaq üstə olduğu fotoşəkildə Bayden və Harris yan-yana oturub. Hətta vitse-prezidentin dövlət başçısından bir qədər irəlidə olduğu diqqətdən yayınmayıb.
Bu, sosial şəbəkədə "ABŞ-ın prezidenti kimdir?" müzakirələrinə yol açıb. Eyni zamanda, yaddaş problemindən əziyyət çəkən 79 yaşlı Baydenin dörd illik müddətini bitirmədən əvvəl yerini Harrisə verəcəyi iddialarını bir daha gündəmə gətirib.