Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə yaş barama istehsalının 56 tona çatdırılması proqnozlaşdırılır

Şəkidə yaş barama istehsalının 56 tona çatdırılması proqnozlaşdırılır

Tarix: 3 Aprel 2021 21:44

Builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının artırılaraq 56 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar bu günədək 293 kümçü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirilib və hazırda proses davam etdirilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, rayonun kümçüləri mövsümə ciddi hazırlaşırlar. Hazırda kümxanalarda dezinfeksiya işləri aparılır. Şəki rayonu üzrə 67 kümçü Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən videotəlimlərdə iştirak edib.

Xatırladaq ki, ötən il barama yetişdirmək üçün Şəki rayonunda 389 kümçüyə 1590 qutu ipəkqurdu paylanılıb. Şəkili kümçülər keçən mövsüm 33 tondan çox yaş barama istehsal ediblər.


Etiketlər:  Şəkidə yaş barama istehsalının tona çatdırılması proqnozlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ