Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sprey formasında hazırlanan peyvənd ilə bağlı önəmli xəbər - Epidemiyaya son veriləcək tarix AÇIQLANDI

Sprey formasında hazırlanan peyvənd ilə bağlı önəmli xəbər - Epidemiyaya son veriləcək tarix AÇIQLANDI

Tarix: 3 Aprel 2021 22:16

Gülhane Təhsil və Araşdırma Xəstəxanasının yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi professor Ümid Savaşçı epidemiyanı sona çatdıra biləcəyi və sprey olaraq tətbiq olunduğu deyilən "Intranasal Covid" peyvəndinin sınaq müddətinin vacib olduğunu ifadə edib. Ümid Savaşçı peyvəndin ən tez payızda tətbiq oluna biləcəyini söyləyib.

Ümid Savaşçı burun spreyi kimi tətbiq olunan "Intranazal Covid" peyvəndinin effektivliyini və neçə dozanın tətbiq olunacağını izah edib.

Türkiyənin çox əhəmiyyətli bir irəliləyiş əldə etdiyini ifadə edən Ümid Savaşçı bu peyvəndlə dünyada böyük bir inkişafa imza atan ölkə kimi də tarixə keçəcəklərini vurğulayıb.

Professorun sözlərinə görə, bu peyvənd lokal anticisim hazırlayacaq:

"Bu lokal anticisimlər hələ burun və ağızda olan virusun orqanizmə yayılmasının qarşısını alacaq. Bu baxımdan, sprey peyvəndlər digər vaksinlərin bacarmadığını həyata keçirirlər".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Ümid Savaşçı birinci mərhələ bitdikdən 3 ay sonra ikinci mərhələnin başlayacağını da qeyd edib. Professor bu peyvəndin ən erkən sentyabr-oktyabr ayarında tətbiq edilə biləcəyini bildirib. Ümid Savaşçı bu peyvəndin sınaq müddətində kimlərə vurulacağı və yan təsirləri olması haqqında ikinci mərhələdə açıqlamalar verəcəyini deyib.

Professor həm də qeyd edib ki, "İntranasal Covid" spreyi eyni zamanda virusun başqalarına keçməsinin də qarşısını alır.

Bu sprey peyvənd haqqında açıqlama verən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank da bunun digər vaksinlərlə müqayisədə daha təsirli olacağı bildirib.

Yerli peyvənd hazırlıqlarındakı son vəziyyət haqqında məlumat verən nazir türkiyəli mütəxəssislər tərəfindən COVID-19-a qarşı hazırlanan və standart vaksinlərdən fərqli olaraq burun yolu vasitəsilə tətbiq olunacaq sprey peyvəndin bu il ərzində istifadəyə veriləcəyini bildirib. Nazir bildirilib ki, Türkiyənin bir neçə dünyaca məşhur universiteti tərəfindən hazırlanan və qısa zaman ərzində birinci faza sınaqlarına başlanacaq bu peyvənd infeksiyanın bədənə daxilolma yollarını izlədiyi üçün digər vaksinlərlə müqayisədə daha təsirli olacaq.


Etiketlər:  Sprey formasında hazırlanan peyvənd ilə bağlı önəmli xəbər Epidemiyaya veriləcək tarix AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ