Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 22:52
Dünyaca məşhur elektromobil istehsalçısı olan Tesla şirkətinin avtomobillərini artıq bitcoin ilə almaq mümkün olacaq. Bu barədə Teslanın təsisçisi və icraçı direktoru Elon Musk martın 24-ü öz twitter hesabında post paylaşaraq elan edib. E.Musk qeyd edib ki, Tesla-ya ödənilən bitcoinlər fiat valyutaya konvertasiya edilmədən hesabda saxlanılacaq. Bitcoin ilə ödəniş üsulu hələ ki, ABŞ vətəndaşları üçün təqdim ediləcək. Digər ölkələr üçün isə bu xidmət 2021-ci il ərzində əlavə ediləcəkdir.
Bu xəbərdən sonra bitcoin 54.080-dan 56.800 dollara qədər qalxdı.