Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onu oxuyanda gözlərim dolur” - VİDEO

''Onu oxuyanda gözlərim dolur” - VİDEO

Tarix: 5 Aprel 2021 17:55

Müğənni Günay İbrahimli mərhum  Əməkdar incəsənət xadimi  Nailə Mirməmmədlinin son bəstəsini ifa edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Darıxmışam" adlı mahnının sözləri Günel İşıldara, aranjimanı isə Samir Sultanova aiddir. İfaçı rejissor Elmir Abbasovla işbirliyi quraraq mahnıya ekran həyatı da verib.

"Darıxmışam" haqda danışan G.İbrahimli mahnının onun üçün çox qiymətli olduğunu deyib:

"Yeganə mahnımdır ki, hər dəfə canlı ifa edəndə gözlərim dolur. Bəlkə də Nailə xanıma mahnını ifamda dinləmək qismət olmadığı üçün mənə təsir edir. Xoşbəxtəm ki, elə bir bəstəkardan oxumaq mənə də qismət oldu".


Etiketlər:  oxuyanda gözlərim dolur VİDEO


RƏYLƏR