Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 09:36
2025-ci ilədək elektron SİM kartla (eSIM) təchiz edilmiş qurğuların sayı 3,4 milyarda yaxınlaşacaq. "Juniper Research"ün analitiklərinin proqnozuna görə, bu bazarın həcmi 180% artacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "eSIM" texnologiyası smartfondakı xüsusi çipə bir neçə rabitə operatorunun profilini yükləməyə imkan verir və abunəçi onlar arasında keçid edə bilər. Profili məsafədən yükləmək imkanı fiziki SİM kart satın almaq ehtiyacını aradan qaldırmağa imkan verəcək.
"Juniper Research"ün araşdırmasına görə, 2025-ci ildə "eSIM" qoşulmalarının təxminən 94%-i istehlakçı sektorunun payına düşəcək. Gözləntilərə görə, istehlak qurğularında "eSIM" texnologiyasının tətbiqi "Apple" və "Google" kimi istehsalçıların dəstəyini sürətləndirəcək. Lakin "Juniper Research"ün mütəxəssisləri bildirirlər ki, sözügedən texnologiyanın geniş yayılması şəbəkə operatorlarının dəstəyindən asılı olacaq.
Emil Hüseynov