Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni bağlar üçün subsidiya veriləcək - VİDEO

Yeni bağlar üçün subsidiya veriləcək - VİDEO

Tarix: 6 Aprel 2021 11:56

Birdəfəlik subsidiya üçün müraciətlərin qəbulu mayın 31-dək davam edir

Milli.Az Real TV-ə istinadən bildirir ki, Fermerlərin diqqətinə: Birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulu davam edir.

Bu ildən Azərbaycanda fermerlərə ilk dəfə olaraq birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu subsidiya 2021-ci il ərzində salınan və ya salınacaq intensiv portağal, naringi, limon, zeytun, nar və fındıq bağlarına görə əkin subsidiyasına əlavə olaraq verilir.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulu mayın 31-dək davam edəcək.

Bitki növlərinə görə birdəfəlik subsidiyaların məbləği dəyişir. 2021-ci ildə salınacaq limon bağlarının hər hektarına görə 11000 manat, portağal və naringi bağlarının hər hektarına 9000 manat, nar bağlarının hər hektarına 5000 manat, zeytun bağlarının hər hektarına 4900 manat, fındıq bağlarının hər hektarına 4400 manat olaraq müəyyənləşib. Bu bağlara görə, həmçinin bağın salındığı ilk 4 il ərzində hər hektara görə 700 manat əlavə əkin subsidiyası ödəniləcək.

Fermerlər karta köçürülmüş subsidiya vəsaitindən ən azı iki il ərzində istifadə etməlidir. Kartda iki il ərzində istifadə edilməyən subsidiya vəsaiti qalarsa, bu barədə fermerə xəbərdarlıq göndərilir. Əgər xəbərdarlıq göndərildikdən sonra da kartdakı vəsaitdən istifadə olunmursa, o zaman növbəti dövr üçün fermerə subsidiya verilməyəcək.

Milli.Az


Etiketlər:  Yeni bağlar üçün subsidiya veriləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ