Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 16:40
Google Drive-da OnlyFans-dan olan yüzlərlə qızın intim foto və videolarını ehtiva edən bir qovluq aşkar edilib.
Milli.az konkret.az-a istinadən xəbər verir ki, qovluqda əvvəlcə 279 qızın məlumatları olub. Qızların birində 10 gigabaytdan çox məlumat olduğu üzə çıxıb. Mütəxəssislər bildirirlər ki, sızan məlumat bazası bir neçə haker tərəfindən ələ keçirilib və böyük hissəsi ictimailəşdirilib.
Qeyd edilir ki, OnlyFans intim məzmunla xarakterizə olunur. Buna görə də abunə pulu ödəmiş hər kəs saytdan pullu material yükləyə bilər.
Qeyd edək ki, fevral ayında OnlyFans xidmət istifadəçilərinin minlərlə ödənişli səmimi fotoşəkil və videolarını ictimaiyyətə təqdimböyük etməklə bir qalmaqala səbəb olub.
Platforma təmsilçiləri isə bunun bir məlumat sızması olduğunu düşünmürlər.