Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - 6 nəfər yaralandı

Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - 6 nəfər yaralandı

Tarix: 29 Iyul 2019 09:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42 də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.

Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu nəfər yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ