Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 11:40
Ermənistanın cinayətləri sərhəd tanımır
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Ermənistan tərəfindən sözün hər 2 mənasında ört-basdır edilmiş cinayətlərin üstünü açmaqla məşğuluq.
Törədilmiş mənfur əməllərin hər hansı coğrafi koordinatlarını dəqiq öyrənmək mümkün deyil.
Çünki Ermənistan heç vaxt nə ərazi, nə də mənəvi aspektdə sərhəd tanımayıb.
Onların arxalandığı şimal enliyi ilə qərb uzunluğunun ortaq nöqtələri də kəsişmir. Kəsişirsə belə bu ərazi Ermənistan ola bilməz. Ermənistanın 30 illik qabarması və dəmir yumruğun qarşısında geri çəkilməsi mənzərəni aydınlatdı.
Görünən dağılmış evlər, görünməyən isə addım atmağımızı gözləyən minalardır. Amma ermənilərdən fərqli olaraq bu silahın da müsbət cəhəti var, o zamanla təmizlənir.
İndiyə kimi 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub. 85 vətəndaş ağır yaralanıb. Mina basdırmaq gələcək cinayətlərə sərmayə qoymaq deməkdir.