Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden ABŞ-ın müdafiə xərclərini azaldacaq

Bayden ABŞ-ın müdafiə xərclərini azaldacaq

Tarix: 9 Aprel 2021 12:56

ABŞ Prezidenti Co Bayden ölkənin hərbi büdcəsini sələfi Donald Trampın rəhbərliyi tərəfindən müəyyən edilən rəqəmdən 7 milyard ABŞ dolları məbləğində azaltmağı təklif edəcək.

Sonxeber.net virtualorq.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən xəbər yayıb.

Cümə günü (9 aprel - red.) Bayden, müdafiə daxil olmaqla dövlət xərcləri üçün təkliflər təqdim edəcək. Təklifə əsasən müdafiə xərcləri üçün 715 milyard ABŞ dolları nəzərdə tutulub. Halbuki Tramp 722 milyard ABŞ dolları təklif etmişdi. Bu, hərbi xərcləri azaltmaqda israr edən demokratların nümayəndələrinə doğru addım olacaq.

Ekspertlərin fikrincə, builki maliyyə büdcəsi uzun müddətdən bəri hərbi və digər xərclərə bölünməyəcək. Nəticədə ABŞ Konqresi müdafiə büdcəsini azaltmaq və başqa ehtiyaclara yönəltmək imkanı qazanacaq.


Etiketlər:  Bayden ABŞ müdafiə xərclərini azaldacaq


RƏYLƏR