Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Simeone çox qışqırırdı” – Qrizmann

“Simeone çox qışqırırdı” –  Qrizmann

Tarix: 29 Iyul 2019 10:04

“Barselona”nın "Atletiko"dan transfer etdiyi Antuan Qrizmann  keçmiş baş məşqçisi Dieqo Simeone ilə Kataloniya klubunun çalışdırıcısı Ernesto Valverdeni müqayisə edib.

Qol.az xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında məşqçilərin xarakterlərində fərq olduğunu deyən fransalı hücumçu qeyd edib ki, Simeone daha çılğındır:

“Bu iki baş məşqçi bir-birindən çox fərqlidir. Simeone çox qışqırırdı, Valverde isə daha sakitdir. Onun çox dəqiq fikirləri var və komandadan nə istədiyini bilir”.

28 yaşlı hücumçu "Barselona"nın kapitanı Lionel Messi haqqında da danışıb: “Hər gün Messi ilə birlikdə oynamağı xəyal edirdim. Onunla məşq etmək, yanında oynamaq, ona məhsuldar ötürmə vermək mənim üçün çox gözəl olacaq”.
 


Etiketlər:  Simeone çox qışqırırdı Qrizmann


RƏYLƏR