Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-də həftənin oyunçusu seçildi

ÇL-də həftənin oyunçusu seçildi

Tarix: 9 Aprel 2021 17:16

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Real"ın hücumçusu Vinisius Junior bu ada layiq görülüb. 21 yaşlı forvard Madriddə "Liverpul"u 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl edib.

Qeyd edək ki, Vinisiusdan başqa "Mançester Siti"dən Kevin de Brüyne, PSJ-dən Kilian Mbappe və "Çelsi"dən Jorjiniyo da ən yaxşı seçilməyə namizəd idi.

Milli.Az


Etiketlər:  həftənin oyunçusu seçildi


RƏYLƏR