Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirdə 3 min il əvvələ aid itirilmiş şəhər tapılıb - FOTO

Misirdə 3 min il əvvələ aid itirilmiş şəhər tapılıb - FOTO

Tarix: 9 Aprel 2021 20:32

Misirin Luksor vilayətində firon Tutanhamonun məbədinin axtarışları zamanı arxeoloqlar tərəfindən 3 min il əvvələ aid olan itirilmiş "Qızıl şəhər" tapılıb. Tarixçilərin bu cür adlandırdığı yaşayış məskənin Qədim Misirin qurucu fironu III Amenhotep dövründə salındığı bildirilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Misirin məşhur tarixçi alimi Zahi Havass bu tapıntının indiyədək qum təpələrinin altında aşkar edilən ən böyük yaşayış məskəni olduğunu deyib. "Qızıl şəhər" Nil çayının sahilində həmin dövrün ən böyük ticarət mərkəzi olub.

ABŞ-ın Con Hopkins Universitetinin professoru Betsi Brayan bildirib ki, tapılan şəhər Tutanhamonun məzarından sonra Qədim Misirə aid ən möhtəşəm kəşfdir. Onun sözlərinə görə, bu qədim şəhərin qalıqları təkcə fironlar səltənəti haqqında biliklərin artırılması deyil, həm də tarixin ən böyük sirrinə - firon Axenaten və kraliça Nefertitinin yeni paytaxt Amarnaya köçməsinə aydınlıq gətirilməsi baxımından əhəmiyyətlidir. Məhz həmin dövrdən "Qızıl şəhər"dən kütləvi köçün başladığı ehtimal edilir.

Arxeoloqlar itirilmiş şəhərdə çoxlu məişət əşyaları və üzərində heroqliflər olan lövhələr aşkar ediblər. İndi onlar üçün ən böyük vəzifə həmin heroqliflərin mənasını açmaqdır.


Etiketlər:  Misirdə əvvələ itirilmiş şəhər tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ