Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın ən nəhəng film muzeyi - FOTO

ABŞ-ın ən nəhəng film muzeyi - FOTO

Tarix: 9 Aprel 2021 21:44

Los-Anceles şəhərində memar Renzo Piano tərəfindən dizayn edilən Film Akademiyası Muzeyinin inşası başa çatıb. Mütəxəssislərin fikrincə, bu, ABŞ-ın ən nəhəng film muzeyi olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, muzeyin kolleksiyası 2008-ci ildən formalaşıb. Burada kino tarixinə aid 12,5 milyon fotoşəkil, 237 min film və videomaterial, 8000 ssenari və ən əsası film istehsalı ilə əlaqəli 133 min rekvizit, kostyum və digər əşyalar daxildir.

Muzeydə ümumi sahəsi təxminən 28 min kvadratmetr olan sərgi salonları, 1000 və 288 yerlik iki kinoteatr, ən müasir tələblərə cavab verən tədris studiyası, həmçinin müxtəlif tədbirlər üçün sahələr də nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  ABŞ ın ən nəhəng film muzeyi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ