Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Smartfonların bahalaşacaq

Smartfonların bahalaşacaq

Tarix: 10 Aprel 2021 23:44

Smartfonların istehsalı üçün komponent hissələrin çatışmazlığı səbəbindən onlar bahalaşacaq. Bu barədə Çinin "MyDrivers" nəşri məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, nəşr analitiklərinin sözlərinə görə, telefonların buraxılışı üçün komplekt hissələrin olmaması şirkətlərə qiymətləri qaldıraraq buna görə defisiti günahlandırmağa imkan verir.

Nümunə kimi jurnalsitlər tərəfindən "Realme" şirkətinin bu yaxındlarda dərc edilən hesabatı göstərilir. Hesabata görə, şirkət rəhbərliyi smartfonlar bazarında qiymətlərin tezliklə bahalaşacağını proqnozlaşdırır. Şirkətin məlumatına görə, bahalaşma ilin ikinci yarısında nəzərə çarpacaq. "Görünür, top-menecerlər bizi qiymət artımının qaçılmaz olduğuna hazırlayırlar", - müəlliflər qeyd edib. Onların sözlərinə görə, bununla iri şirkətlər istehlakçıları qurğuları daha aktiv almağa sövq edirlər.

Digər tərəfdən, smartfon istehsalçıları bahalı qabaqcıl qurğular buraxmağa davam edirlər.

Milli.Az


Etiketlər:  Smartfonların bahalaşacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ