Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2021 12:40
Maqnit sahəsinin zəif olması, yaxud ümumiyyətlə olmaması uzaq kosmosa uçuşlarda əsas əngəllərdən biridir, gələcək kosmonavtları buna qarşı həssaslığa görə yoxlamaq lazımdır.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun akedimiki Lev Zelyonı deyib.
"Bəlkə, gələcək kosmonavtların bu maqnit hissiyyatları yoxlansın? İndiki kimi prostatın analizini götürmək, digər mürəkkəb analizlər aparmaq əvəzinə maqnit sahəsinin dəyişməsinə hissiyyatı ölçmək gərəkdir", - alim Moskvada keçiriən "İnsan kosmosda" adlı simpoziumda deyib.
Zelyonının sözlərinə görə, uzaq kosmosda maqnit sahəsinin olmaması, yaxud da uzun müddət zəif maqnit sahəsində uçuşlar kosmonavtlarda neqativ effekt yarada bilər.
Hazırda gələcək kosmonavtlar çoxsaylı analizdən keçirilir, həkimlərin müvafiq rəyindən sonra kosmosda uçuşlara icazə ala bilirlər.