Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birləşmiş Ərəb Əmirlikləri ilk ərəb qadın astronavtın adını açıqlayıb

Birləşmiş Ərəb Əmirlikləri ilk ərəb qadın astronavtın adını açıqlayıb

Tarix: 11 Aprel 2021 19:36

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) NASA-nın kosmik proqramı çərçivəsində Conson Kosmik Mərkəzində treninqdə iştirak edəcək və yaxın vaxtlarda kosmosa uçacaq ilk ərəb qadın astronavtın adı açıqlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu şərəfə 27 yaşlı Nura Əl Matruşi layiq görülüb.

İlk ərəb qadın astronavt kişi tərəfdaşı Məhəmməd Əl Molla ilə birlikdə 4 min namizədin arasından seçilib. O, Beynəlxalq Riyaziyyat Olimpiadasında və BMT-nin Gənclər Konfransında ölkəsini təmsil edib.

Astronavtların hazırlanması üzrə proqram BƏƏ ilə ABŞ arasında imzalanmış saziş əsasında həyata keçirilir. Seçilmiş astronavtlar NASA-da kosmosda tədqiqat və fəzada uçuşa nəzarət, aşağı orbitdə, habelə çəkisizlik şəraitində davranış və digər sahələr üzrə təlim keçəcəklər. İngilis dilini mükəmməl bilən astronavtların Beynəlxalq Kosmik Stansiyada ünsiyyət qurması məqsədilə rus dili dərsləri də təşkil ediləcək.


Etiketlər:  Birləşmiş Ərəb Əmirlikləri ərəb qadın astronavtın adını açıqlayıb


RƏYLƏR