Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2021 20:46
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizin yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib.
Sonxeber.net Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Yunanıstan millisi doğma meydanda Moldova yığması ilə qarşılaşıb. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. Nəticədə Yunanıstan yığması ilk xalını qazanıb.
Millimizin qrup liderliyini təmin etdiyi 3-cü qrupda ikinci pillənin sahibi aprelin 13-də keçiriləcək Moldova-Slovakiya görüşündə müəyyənləşəcək. Bu komandalar arasında Bratislavada baş tutmuş oyunda 4:4 hesabı qeydə alınmışdı.