Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 14:40
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi aktiv koronavirus xəstələrinin özünütəcrid qaydalarına əməl etməməsi hallarına rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Salyan rayonunun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymayıb. Ə.Ağayev rayon ərazisində qaynatısının yasına gedərək sanitar-karantin qaydalarını pozub.
Salyan RPŞ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə Ə.Ağayev yaşayış yerinə qaytarılıb. Onun barəsində qanuni tədbir görülüb.Həmçinin yas mərasimi keçirən Ə.Ağayevin qohumu olan 4 nəfər barəsində də inzibati protokollar tərtib edilib.
Onlar 200 manat məbləğində cərimələniblər. Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.